ETSN
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Yaşıllıqların İnventarı Portalı
Ağac ək
ETSN
Məxfilik siyasəti
agac.az

Məxfilik siyasəti

Qüvvəyə minmə tarixi: 01.07.2026 · Versiya: 1.0

Bu Məxfilik siyasəti agac.az veb portalının və agac.az mobil tətbiqinin (birlikdə "Platforma") istifadəçilərindən hansı məlumatların toplandığını, necə istifadə və qorunduğunu izah edir. Platformanın operatoru Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir ("Nazirlik"). Platforma Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli 282 nömrəli Fərmanı ilə əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal ekologiya" informasiya sisteminin tərkib hissəsidir.

01Toplanan məlumatlar

1.1.Qeydiyyatsız istifadə. Xəritə, axtarış, QR skan və statistika funksiyaları qeydiyyat və şəxsi məlumat tələb etmir.

1.2.Müraciət ("Xəbər ver"). Yaşıllıqla bağlı müraciət göndərdiyiniz zaman aşağıdakı məlumatlar toplanır:

  • ad və soyad;
  • mobil telefon nömrəsi;
  • e-poçt ünvanı;
  • müraciətin mövzusu və mətni;
  • əlavə etdiyiniz şəkillər;
  • müraciət olunan yaşıllığın inventar kodu və müraciətin tarixi.

1.3.Məkan məlumatı. Yalnız "Mənim yerim" düyməsini basıb icazə verdiyiniz zaman cihazınızın koordinatları xəritədə yerinizi və yaxınlıqdakı yaşıllıqları göstərmək üçün istifadə olunur. Koordinatlar cihazınızda emal edilir, serverə ötürülmür və saxlanılmır. Məkan məlumatı arxa planda toplanmır.

1.4.Kamera və şəkillər. Kamera ağac lövhəsindəki QR kodu oxumaq və müraciət üçün şəkil çəkmək məqsədilə istifadə olunur. QR kod cihazınızda oxunur, kamera görüntüsü serverə göndərilmir. Qalereyaya tam giriş tələb olunmur: yalnız sizin seçdiyiniz şəkillər müraciətə əlavə edilir.

1.5.Texniki və analitik məlumat. Mobil tətbiq analitika və qəza hesabatı xidmətlərindən istifadə etmir, cihaz identifikatoru və reklam identifikatoru toplamır. Veb portal Yandex Metrica analitika xidmətindən və kukilərdən istifadə edir (bölmə 9).

1.6.Toplanmayan məlumatlar. Platforma FİN, şəxsiyyət vəsiqəsi məlumatları, ödəniş məlumatları və cihazınızdakı kontaktları toplamır.

02Məlumatlardan istifadə məqsədi

  • müraciətinizə baxmaq və yaşıllığın vəziyyəti ilə bağlı tədbir görmək;
  • müraciətin nəticəsi barədə sizi SMS, zəng və ya e-poçt vasitəsilə məlumatlandırmaq;
  • xəritədə yerinizi və yaxınlıqdakı yaşıllıqları göstərmək;
  • Platformanın təhlükəsizliyini və sabit işləməsini təmin etmək, xətaları aradan qaldırmaq;
  • anonim statistika əsasında xidmətin keyfiyyətini artırmaq.

Məlumatlar reklam və marketinq məqsədilə istifadə olunmur və satılmır.

03Hüquqi əsas

Məlumatlar "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq emal edilir. Emalın əsası müraciət göndərərkən verdiyiniz razılıq və Nazirliyin qanunla müəyyən edilmiş yaşıllıqların mühafizəsi üzrə vəzifələridir.

04Məlumatların ötürülməsi

Məlumatlara yalnız səlahiyyətli şəxslər çıxa bilər:

  • Nazirliyin müraciətlərə baxılmasına məsul əməkdaşları;
  • Nazirlik adına texniki xidmət göstərən tərəf: məlumatların saxlanıldığı hökumət buludu (AzInTelecom);
  • qanunla nəzərdə tutulmuş hallarda səlahiyyətli dövlət orqanları və məhkəmə.

Müraciətiniz Nazirlikdən kənar qurumlara ötürülmür. Məlumatlar üçüncü şəxslərə satılmır və reklam məqsədilə ötürülmür.

05Saxlama müddəti

Müraciət zamanı təqdim etdiyiniz fərdi məlumatlar Xidmətlərdən istifadə etdiyiniz müddət ərzində və bu müddətdən sonra Nazirliyin hüquq və vəzifələrinə uyğun olaraq müddətsiz saxlanılır. Fərdi məlumatların toplanılması və emalı zamanı onların qanuniliği və təhlükəsizliyi təmin edilir, məlumatlar qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə olunur.

06Məlumatların qorunması

Məlumatlar HTTPS ilə şifrələnmiş şəkildə ötürülür və hökumət buludunda saxlanılır. İdarəetmə panelinə giriş yalnız səlahiyyətli əməkdaşlara açıqdır, əməliyyatlar audit jurnalında qeydə alınır, məlumatların gündəlik ehtiyat nüsxəsi yaradılır. Platforma müstəqil təhlükəsizlik yoxlamasından (penetrasiya testi) keçirilib.

07Sizin hüquqlarınız

Qanuna uyğun olaraq siz aşağıdakı hüquqlara maliksiniz:

  • haqqınızda saxlanılan məlumatlarla tanış olmaq və onların surətini almaq;
  • yanlış məlumatların düzəldilməsini tələb etmək;
  • məlumatların silinməsini və ya emalının məhdudlaşdırılmasını tələb etmək;
  • emala etiraz etmək və verdiyiniz razılığı geri götürmək.

Sorğunu info@eco.gov.az ünvanına, müraciətdə istifadə etdiyiniz telefon nömrəsini göstərməklə göndərin. Razılığın geri götürülməsi ondan əvvəl həyata keçirilən emalın qanuniliğinə təsir etmir.

08Yaş məhdudiyyəti

Müraciət funksiyası 18 yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Nazirlik uşaqlardan bilərəkdən şəxsi məlumat toplamır; belə məlumat aşkar edilərsə, silinir.

09Kukilər (veb portal)

agac.az veb portalı işləməsi və anonim statistika (Yandex Metrica) üçün kukilərdən istifadə edir. Kukiləri brauzer ayarlarından məhdudlaşdıra bilərsiniz, lakin bu, portalın bəzi funksiyalarına təsir edə bilər. Mobil tətbiq kukilərdən istifadə etmir.

10Xarici keçidlər

Platformada xarici saytlara keçidlər var (məsələn, "Ağac ək" bölməsi yasilgelecek.az-a aparır). Bu saytların məxfilik qaydalarına görə Nazirlik məsuliyyət daşımır.

11Dəyişikliklər

Siyasətin yenilənmiş versiyası bu səhifədə dərc olunur və qüvvəyə minmə tarixi yenilənir. Əhəmiyyətli dəyişikliklər barədə Platformada bildiriş veriləcək.

12Əlaqə

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ÜnvanBakı şəhəri, K.Kazımzadə küç., 100 (A), AZ1073
Çağrı mərkəzi168