Yaşıllıqların İnventarı Portalı
Yüklənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Yaşıllıqların İnventarı Portalı
Layihə haqqında
Ölkəmizin yaşıl gələcəyinə
töhfə veririk
Ətraf mühitin mühafizəsi üçün atılan hər bir addım bizim ümumi uğurumuz olacaq.
Leyla Əliyeva
Missiya
Yaşıl gələcəyimizə töhfə
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihənin əsas məqsədi yaşıllıqların qorunmasını təmin etmək, qanunsuz müdaxilələrin qarşısını almaq, dəqiq inventar məlumatları əsasında elektron platforma yaratmaqla, ictimai nəzarəti gücləndirməkdir.
Hər bir ağacın yerləşdiyi ərazinin coğrafi koordinatları, növü, yaşı və sağlamlıq vəziyyəti vahid verilənlər bazasında toplanaraq vətəndaşların, mütəxəssislərin və qərarvericilərin istifadəsinə açıq şəkildə təqdim olunur. Bu yanaşma şəffaflığı artırır, yaşıllıqların mühafizəsi ilə bağlı proseslərin davamlı izlənməsinə imkan yaradır və gələcək nəsillər üçün sağlam ətraf mühitinin qorunmasına xidmət edir.
İnventarlaşdırma prosesi
1
Sahə işlərinin
aparılması
Təlim keçmiş mütəxəssislər əraziyə baxış keçirir, hər bir ağacın coğrafi koordinatlarını müəyyənləşdirir və fiziki ölçülərini qeydə alırlar.
2
Unikal nömrənin verilməsi
İnventarlaşdırılan hər bir ağaca unikal nömrə verilir və üzərində QR kod olan məlumat lövhəsi bərkidilir.
3
Elektron profilin yaradılması
Hər bir ağac üçün elektron profil yaradılır. Profilə ağacın növü, ölçüsü, yaşı, sağlamlıq vəziyyəti, yerləşdiyi ərazi və ekoloji töhfəsi barədə məlumatlar daxil edilir.
4
Məlumatların elektron bazaya yerləşdirilməsi
Toplanmış və təsdiqlənmiş bütün məlumatlar mərkəzləşdirilmiş elektron bazaya yüklənir. Beləliklə, yaşıllıqların uçotu, izlənilməsi və ictimai nəzarəti vahid platforma üzərindən həyata keçirilir.
Foto qalereya
267,988
Yaşıllıq obyekti
192
Yaşıllıq növü
12
İnzibati ərazi vahidi